İbrahim Hatipoğlu: "Qalatasaray" “Fənərbaxça” ilə derbinin favoritidir

İbrahim Hatipoğlu: "Qalatasaray" “Fənərbaxça” ilə derbinin favoritidir

"Qalatasaray"ın vitse-prezidenti İbrahim Hatipoğlu Türkiyə kubokunun 1/4 final mərhələsində "Fənərbaxça" ilə keçiriləcək oyun barəsində danışıb.

QELEBE.AZ xəbər verir ki, klub rəsmisi "Fənərbaxça" - "Qalatasaray" matçında favorit olduqlarını iddia edib.

O, "sarı-lacivərdlilər"lə görüşə çox ciddi hazırlaşdıqlarını bildirib: "Oyunçularımız son dərəcə iddialıdırlar. Matçın əhəmiyyətini bilirlər. Bu mövsüm hər iki kuboku qazanmaq üçün son saniyəyə qədər tər tökəcəyik. Derbidən başımız dik çıxacağıq. Matçın favoriti "Qalatasaray"dır. Azarkeşlərimizin dəstəyi ilə turu keçib kuboku qazanmaq istəyirik".

İbrahim Hatipoğlu derbiyə təyinat alan Cihan Aydın barədə bu sözləri deyib:

"Bir ay öncə "Rams Park"da keçirilən derbi ilə şərtlərin eyni olacağını gözləyirdik. İstər hakim, istərsə də güvənlik baxımından. Biz türk və ya əcnəbi hakim deyə ayırmırıq. Sadəcə matçı yaxşı hakimlərin idarə etməsini tələb edirik. Eyni qərarımız bu gün üçün də keçərlidir. Təyin olunan hakimlə bağlı müxtəlif müzakirələr aparılıb. Acun Ilıcalı tərəfindən Cihan Aydının "Qalatasaray" azarkeşi olduğu ictimaiyyətə təqdim edilib. Burada bizim üçün ən vacib məsələ hakimin ədalətli davranmasıdır. O vaxt əcnəbi hakim istəyənlərin ədalət yox, imtiyaz axtardığı bu gün açıq şəkildə sübuta yetirilib. Həmin gün “Qalatasaray” doğma meydanda üstünlüyə malik idi. Onların istədikləri yeganə şey təzyiq vasitəsilə evdəki üstünlüyünü aradan qaldırmaq idi. Qarşı tərəf kubokda keçiriləcək matç üçün əcnəbi hakim tələb etmədi. Mən eşitməmişəm”.

Qeyd edək ki, "Fənərbaxça" Türkiyə kubokunun 1/4 final mərhələsində əzəli rəqibi "Qalatasaray"ı qəbul edəcək. Görüş 2 aprel, saat 21:45-də start götürəcək.

Futbol
Bu il beynəlxalq matçlarda ən çox qol vuran futbolçular

Bu il beynəlxalq matçlarda ən çox qol vuran futbolçular

Futbol
“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

Futbol
"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edib

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edib

Futbol
"Sumqayıt"ın futbolçusu Premyer Liqada meydana çıxan ən gənc oyunçu olub

"Sumqayıt"ın futbolçusu Premyer Liqada meydana çıxan ən gənc oyunçu olub

Futbol
“Neftçi”nin hücumçusu: “Çempionlar Liqasında oynamaq istəyirəm”

“Neftçi”nin hücumçusu: “Çempionlar Liqasında oynamaq istəyirəm”

Futbol
Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Futbol
Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Futbol
“Qarabağ” Avropada rekord vurub

“Qarabağ” Avropada rekord vurub

Futbol
Riad Rəfiyev: “Azərbaycanəsilli futbolçuya milliləşdirilmiş deməyin tərəfdarı deyiləm”

Riad Rəfiyev: “Azərbaycanəsilli futbolçuya milliləşdirilmiş deməyin tərəfdarı deyiləm”

Futbol
"Olimpiakos"un qapıçısı əməliyyat olunub

"Olimpiakos"un qapıçısı əməliyyat olunub

Futbol
Dünya çempionatının təqvimi

Dünya çempionatının təqvimi