"Bayer"li müdafiəçi "Real"ın radarında
"Bayer Leverkuzen"in mərkəz müdafiəçisi Pyero İnkapi "Real"ın radarına düşüb.
QELEBE.AZ xəbər verir ki, madridlilər mərkəzi müdafiəni gücləndirmək üçün yayda bu mövqeyə ən az 1 transfer planlayırlar.
“Sky Sport”un məlumatına görə, İnkapi “Real”ın siyahısında yer alıb.
Ötən il Londonun "Çelsi" və "Tottenhem" klubları da ekvadorlu futbolçu ilə maraqlanırdılar.
Qeyd edək ki, İnkapi "Bayer"lə 2029-cu ilə qədər müqavilə imzalayıb. 23 yaşlı futbolçunun dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

https://qalaba.az//uploads/photo/quotbayerquotli-mudafiechi-quotrealquotin-radarinda.webp