Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Rəşad Nəbiyev Ağstafadakı cüdo təlim mərkəzinə baxış keçirib

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev "Ağstafa Olimpiya İdman Klubu”nun tərkibində yaradılan cüdo təlim mərkəzinə baxış keçirib.

ACF-in mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, qurumun rəhbəri ilə yanaşı, Ağstafa ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, indiyə qədər Ağstafa rayonunda cüdo bölməsi olmayıb. Bu baxımdan istifadəyə verilən cüdo təlim mərkəzi rayonda bu idman növünün inkişafında mühüm rol oynayacaq. Yüksək səviyyədə inşa olunan mərkəzin ümumi sahəsi 450 m2 təşkil edir. Təlim mərkəzində bir dojo (cüdo məşq zalı) var və sahəsi müvafiq olaraq 320 m2-dir. Cüdo məşq zalı Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.

Təlim mərkəzində idmançılar üçün bütün zəruri şərait təmin edilib. Binada gözləmə otağı, soyunub-geyinmə otaqları, duş və sanitar qovşaqlar mövcuddur. Həmçinin, burada müasir isitmə sitemi də var. Mərkəzdə ay ərzində 400 nəfərə qədər uşaq, yeniyetmə və gənc cüdo ilə məşğul ola biləcək.

ACF-in baş katibi Rəşad Rəsullu bildirib ki, Ağstafada inşa olunan ilk cüdo təlim mərkəzinin istifadəyə verilməsi rayonda cüdonun daha da kütləviləşdirilməsinə zəmin yaradır: “Bizim əsas məqsədimiz regionda yaşayan uşaqların, yeniyetmələrin və gənclərin sağlam həyat tərzinin formalaşdırılmasına töhfə vermək və onların asudə vaxtlarının səmərəli təşkil edilməsini dəstəkləməkdir. Əminik ki, bu təlim mərkəzində kəşf edilən istedadlar gələcəkdə nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edəcəklər".

Baş katibin sözlərinə görə, ACF cüdo təlim mərkəzində fəaliyyət göstərəcək məşqçilərin peşəkar səviyyəsinin artırılması üçün də müvafiq tədbirlərin həyata keçirilməsini planlaşdırır.

Qeyd edək ki, regionlarda cüdo idman növü üzrə infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi ACF-in müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir. İndiyə qədər Gəncədə və Ağstafada istifadəyə verilən cüdo zalları ilə yanaşı, hazırda Sumqayıt, Zaqatala, Sabirabad və Qazax şəhərlərində də müvafiq zalların təmir-tikinti işləri həyata keçirilməkdədir. Həmçinin, son bir il müddətində ACF tərəfindən 40-dan artıq cüdo idman zalına 3000-ə yaxın cüdo tatamisi paylanılması reallaşdırılıb. Federasiya digər şəhər və regionlarda da maddi-texniki bazanın təkmilləşdirilməsi üçün 2023-cü il ərzində davamlı olaraq fəaliyyət göstərəcək.

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

Fərdi
Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq

Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq

Fərdi
Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Fərdi
Azərbaycanın tanınmış idman xadimi vəfat edib

Azərbaycanın tanınmış idman xadimi vəfat edib

Fərdi
Avropa çempionatı: Azərbaycan taekvondoçuları ilk gündə 2 medal qazanıb

Avropa çempionatı: Azərbaycan taekvondoçuları ilk gündə 2 medal qazanıb

Fərdi
Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Fərdi
Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Fərdi
Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”