Avropa çempionatında iştirak edəcək Azərbaycanın cüdo yığmasının heyəti açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycanın cüdo yığmasının heyəti açıqlanıb

Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

"QELEBE.AZ" Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə Azərbaycanı 12 çəki dərəcəsində 16 cüdoçu (9 kişi, 7 qadın) təmsil edəcək.

Azərbaycan Avropa çempionatları tarixində ilk dəfə böyüklər arasında qarışıq komanda yarışında da iştirak edəcək. Həmçinin Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev Paris Olimpiadasından sonra ilk dəfə tatami üzərinə çıxacaqlar.

Yarışda kişi cüdoçulardan Əhməd Yusifov, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (+100 kq) iştirak edəcək. Kişilər arasında 90 kq çəki dərəcəsində Azərbaycanı təmsil edəcək cüdoçular Dubrovnikdə keçiriləcək Avropa Kubokundan sonra müəyyənləşəcək. Vüsal Qələndərzadə isə 73 kq çəki dərəcəsində qarışıq komanda yarışında heyətə qoşulacaq.

Avropa çempionatına qadın cüdoçulardan Könül Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq), Nigar Süleymanova (78 kq) qatılacaq. 

Milli komandanın üzvləri performans direktoru və böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdullatif və məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-dən 27-nə qədər keçiriləcək. 

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Fərdi
Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Fərdi
Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Fərdi
Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Fərdi
Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Fərdi
Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Fərdi
Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb

Azərbaycanlı stolüstü tennisçi 5 qitənin ən istedadlıları sırasında yer alıb

Fərdi
Braziliyalı əfsanəvi boksçu vəfat edib

Braziliyalı əfsanəvi boksçu vəfat edib

Fərdi
Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Fərdi
Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Fərdi
Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb

Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb