"Turan Tovuz"un futbolçusu: "Bütün sənədlərim qaydasındadır, millinin şərəfini qorumaq istəyərəm" - MÜSAHİBƏ

"Turan Tovuz"un futbolçusu: "Bütün sənədlərim qaydasındadır, millinin şərəfini qorumaq istəyərəm" - MÜSAHİBƏ

"Turan Tovuz"un futbolçusu Ayxan Quseynov "Report"a müsahibə verib. Yarımmüdafiəçi Misli Premyer Liqasında “Qarabağ”a uduzduqları oyun barədə danışıb. O, həmçinin qərb təmsilçisinin avrokubok şanslarını dəyərləndirib.

- Premyer Liqanın XXVIII turunda doğma meydanda “Qarabağ”a 1:4 hesabı ilə məğlub oldunuz. Oyun barədə nə deyə bilərsiniz?

- Əslində meydana qələbə əzmi ilə çıxmışdıq. Təəssüf ki, istədiyimizi həyata keçirə bilmədik. İlk qolu buraxdıqdan sonra hesabı bərabərləşdirdik. Lakin bərabərliyi qorumaq mümkün olmadı. Bəlkə hesab bərabər olarkən 15 dəqiqə dözə bilsəydik, nəticə başqa cür ola bilərdi. Ancaq bunu bacarmadıq. Qarşılaşmanın sonlarında doğru yorğunluq sözünü dedi və ardıcıl qollar buraxdıq. "Qarabağ"ın yaxşı oynadığını da vurğulamalıyam.

- Sizcə, hesab oyuna görə oldu?

- İkinci hissənin ortalarına qədər qarşılıqlı mübarizə gedirdi. Yaxşı hücumlar təşkil edirdik, rəqib üzərində təzyiq yarada bilirdik. Lakin dediyim kimi, sonradan gələn yorğunluq hissi bizi geri saldı. İki dəfə bizi əks-hücumda yaxalayan rəqib istədiyi qolları vurdu və qələbə qazandı.

- Cari mövsümdə “Qarabağ”a qarşı keçirilən ilk 3 matçda məğlub olmamışdınız. Demək olar ki, rəqib bu dəfə sizə qarşı daha ciddi hazırlaşmışdı?

- Razıyam, əvvəlki 3 oyunda bizə qalib gələ bilməmişdilər. Hətta iki dəfə məğlub olmuşdular. Yəqin bütün bunlar onlara xüsusi motivasiya verirdi. "Qarabağ"ın yüksək səviyyəli çıxışını da unutmaq olmaz. Onlar xırda səhvləri bağışlamırlar.

- Oyunun əvvəlində rəqib qapısına yol tapsanız da, baş hakim topa əllə toxunduğunuzu bildirərək qolu hesaba almadı. Bu epizodun əsas iştirakçısı kimi nə deyə bilərsiniz?

- Elə futbolçu deyiləm ki, baş hakimlə sona qədər mübahisə edim. Onsuz da indiki futbolda VAR mövcuddur. Topun əlimə dəydiyini də hiss etmişdim. Qolun sayılmayacağını əvvəlcədən bilirdim.

- "Turan Tovuz" ardıcıl 4 oyundur qələbə qazana bilmir. Uğursuz çıxışın səbəbini nədə görürsünüz?

- Bəzi epizodlarda səhvlərə yol veririk. Avrokuboklara düşmək istəyiriksə, adi səhvlər buraxmamalıyıq. Meydanda daha soyuqqanlı olmalıyıq. Bəzən sadaladığım amillər çatışmır. Belə olan halda da məğlubiyyət qaçılmaz olur. Yenidən qələbələri sıralamaq üçün əlimizdən gələni etməyə çalışırıq.

- Xal itkilərindən sonra baş məşqçi Kurban Berdıyev futbolçularla hansı söhbətləri aparır?

- Elə "Qarabağ"la oyundan sonra müəyyən söhbətlər oldu. O bildirdi ki, daha ehtiyatlı oynamalıyıq. Az əvvəl qeyd etdiyim məsələləri bizə söylədi. Meydanda soyuqqanlı olmağımızı və fürsətləri dəyərləndirməyimizi söylədi.

- Komandanın avrokubok şanslarını necə dəyərləndirirsiniz?

- Mövqeyimizi itirməmişik. Şanslarımız davam edir. Mümkün qədər xal itkilərindən uzaq olmalıyıq. Növbəti matçlarda qələbələr qazanaraq xal ehtiyatımızı artırmalıyıq. Mövqeyimizi itirməsək, Konfrans Liqasına düşə bilərik.

- İki gün sonra sizi Premyer Liqada "Səbail"lə oyun gözləyir. Təəssuratlarınız necədir?

- Qarşıda bizi "Səbail"lə çətin oyun gözləyir. Bu qarşılaşmaya olduqca ciddi hazırlaşacağıq. Heç kim düşünməsin ki, "Səbail" sonuncu yerdə gedir deyə zəifdir. Mən belə düşünmürəm və həmin matç çətin keçəcək. Artıq xal itkisinə "dur" demək istəyirik. Bu komandaya qarşı əvvəlki üç oyunun birində qalib gələ bilmişik. İki görüş heç-heçə yekunlaşıb.

- Azərbaycanlı futbolçu kimi yığmanın Haiti və Belarus millilərinə qarşı keçirdiyi oyunlar barədə nə deyə bilərsiniz?

- Belarusla matçı tribunadan canlı izləmişdim. Düşünmürəm ki, yığma pis çıxış etdi. Hətta bir neçə qol epizodu da yaratmışdıq. Sadəcə, dəqiqlik çatmamışdı. Ümumiyyətlə, bu, son vaxtlar problemə çevrilib. Komanda çoxdandır ki, qol vura bilmir.

- Baş məşqçi Fernandu Santuşdan dəvət gözləyirsiniz?

- Bütün sənədlərim qaydasındadır. Hər bir oyunçu kimi millinin şərəfini qorumaq istəyərəm. Sadəcə, öz üzərimdə çox işləməliyəm ki, məşqçilər korpusunun diqqətini cəlb edim.

Futbol
"Araz-Naxçıvan"ın oyunlarının təqvimi bəlli olub

"Araz-Naxçıvan"ın oyunlarının təqvimi bəlli olub

Futbol
"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
Tanınmış futbolçunun atasının meyiti tapılıb

Tanınmış futbolçunun atasının meyiti tapılıb

Futbol
Futbolda növbəti erməni təxribatı: AFFA UEFA və FIGC-ə müraciət edəcək

Futbolda növbəti erməni təxribatı: AFFA UEFA və FIGC-ə müraciət edəcək

Futbol
Anatoli Banişevskinin xatirəsi yad olunub

Anatoli Banişevskinin xatirəsi yad olunub

Futbol
Azərbaycan millisinin qapıçısı: "Hədəf qrupu ilk pillədə başa vurmaqdır"

Azərbaycan millisinin qapıçısı: "Hədəf qrupu ilk pillədə başa vurmaqdır"

Futbol
“Araz-Naxçıvan”ın “Kayrat”la oyunlarının vaxtı və məkanı bəlli olub

“Araz-Naxçıvan”ın “Kayrat”la oyunlarının vaxtı və məkanı bəlli olub

Futbol
İngiltərəli müdafiəçi vurduğu qolların sayına görə tarixə düşüb

İngiltərəli müdafiəçi vurduğu qolların sayına görə tarixə düşüb

Futbol
Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Məhəmməd Salah Çempionlar Liqasında iki rekorda imza atıb

Futbol
“Qarabağ” "Neftçi"ni öz meydanında darmadağın edib

“Qarabağ” "Neftçi"ni öz meydanında darmadağın edib

Futbol
“Qarabağ” dünya rekordçularına çatıb

“Qarabağ” dünya rekordçularına çatıb

Futbol
"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib

"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib