Mamadu Kane: "Neftçi" derbidə "Qarabağ"a qalib gələcək"

Mamadu Kane: "Neftçi" derbidə "Qarabağ"a qalib gələcək"

"Neftçi" Azərbaycan derbisində "Qarabağ"a qalib gələcək".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Mamadu Kane "Qarabağ"a qarşı keçiriləcək Azərbaycan Premyer Liqasının VIII turunun mərkəzi qarşılaşması barədə danışarkən deyib.

Hazırda müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsus olan, lakin icarə əsasında "Pafos" klubunda çıxış edən qvineyalı yarımmüdafiəçi maraqlı oyun olacağını bildirib: "Ölkənin iki köklü komandası üz-üzə gələcək. Baxımlı və gərgin mübarizə gözləyirəm. Məni bütün dünyaya tanıdan sevimli klubuma uğurlar arzu edirəm.Mən qazandığım hər şeyi "Neftçi"yə borcluyam. Qələbə onlarla olsun!"

25 yaşlı oyunçu Ağdam təmsilçisinə hörmətlə yanaşdığını söyləyib: "Bu, hər zaman belə olacaq. Çünki "Qarabağ" əla komandadır. Təbii ki, eyni sözlər "Neftçi"yə də aiddir".

"Ağ-qaralar"ın oyunlarını izləyə bilməyən Kane bu komandada ayrıldığı üçün peşman olmadığını vurğulayıb: "Çünki "Neftçi" ilə çempionluq yaşadım. Düşünürəm ki, komandadakı missiyamı layiqincə başa vurdum".

Qeyd edək ki, Mamadu Kane 2019 - 2021-ci illərdə "Neftçi"nin formasını geyinib. Afina təmsilçisi 2021-ci ilin yayında yarımmüdafiəçini 300 min avroya alıb. "Olimpiakos"la 4 illik müqavilə imzalayan Kane 2021/2022 mövsümünün ilk yarısında icarə əsəsında "ağ-qaralar"da oynayıb. Afrikalı futbolçu 2020/2021 mövsümündə "Neftçi" ilə ölkə çempionu olub.

Oktyabrın 1-də "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:00-da başlayacaq.

Futbol
Ozan Can Kökçü: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur"

Ozan Can Kökçü: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur"

Futbol
Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

Futbol
Moldovalı qapıçı: "Azərbaycanla oyunda qələbə seriyasını davam etdirmək istəyirik"

Moldovalı qapıçı: "Azərbaycanla oyunda qələbə seriyasını davam etdirmək istəyirik"

Futbol
Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

Futbol
"Qarabağ" - "Neftçi" oyununun hakimləri açıqlanıb

"Qarabağ" - "Neftçi" oyununun hakimləri açıqlanıb

Futbol
Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Futbol
"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

Futbol
“Mançester Yunayted” Enzo Fernandesi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır

“Mançester Yunayted” Enzo Fernandesi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır

Futbol
İranda tanınmış futbolçular tutulub

İranda tanınmış futbolçular tutulub

Futbol
Liberiya prezidentin oğlu DÇ-2022-nin heyətinə çağırılıb

Liberiya prezidentin oğlu DÇ-2022-nin heyətinə çağırılıb

Futbol
Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Futbol
"Qarabağ" Ukrayna millisinin hücumçusu ilə maraqlanır

"Qarabağ" Ukrayna millisinin hücumçusu ilə maraqlanır