"Bavariya" Leroy Sane ilə müqavilənin müddətini uzatmaqda maraqlıdır
Almaniyanın "Bavariya" klubu Leroy Sane ilə müqavilənin müddətini uzatmaqda maraqlıdır.
"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun hazırkı müqaviləsinin müddəti iyunda başa çatacaq.
Sanenin yeni müqaviləsinin 3 illik olacağı və "Bavariya"da qalmaq üçün maaşının cüzi azaldılacağı bildirilir. Almaniya millisinin hücumçusunu İngiltərə təmsilçisi "Arsenal" da heyətində görmək istəyir.
Qeyd edək ki, L.Sane 2025-ci ildə Bundesliqada meydana çıxdığı 12 oyunda 6 qol və 3 məhsuldar ötürməyə imza atıb.

https://qalaba.az//uploads/photo/bavariya-leroy-sane-ile-muqavilenin-muddetini-uzatmaqda-maraqlidir.webp











