"Neftçi" Şamaxı səfərində - YENİLƏNİR
Bu gün Misli Premyer Liqasının XXIX turuna yekun vurulacaq.
QELEBE.AZ xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Neftçi" səfərdə "Şamaxı" ilə qarşılaşacaq.
Samir Abasovun yetirmələri səfərdə 3 xal qazanaraq turnir cədvəlində yuxarı pillələrə yüksəlmə şansını davam etdirmək istəyir. Şamaxılılar isə evdə qələbə qazanaraq ən yaxın rəqibi ilə xal fərqini artırmağa çalışacaq.
Qarşılaşma saat 15:30-da Şamaxı şəhər stadionunda start götürəcək.
Misli Premyer Liqası
XXIX tur
15:30. "Şamaxı" - "Neftçi"
Baş hakim: Fərid Hacıyev
Şamaxı şəhər stadionu

https://qalaba.az//uploads/photo/quotneftchiquot-shamaxi-seferinde-yenilenir.webp