"Liverpul" ulduz futbolçuSU ilə müqavilə müddətini uzadacaq

"Liverpul" ulduz futbolçuSU ilə müqavilə müddətini uzadacaq

"Liverpul"un mərkəz müdafiəçisi Vircil van Deyk klubu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

QELEBE.AZ xəbər verir ki, niderlandlının "qırmızılar"la yeni müqavilə barəsində danışıqları müsbət nəticələnib.

Klub kapitanı komandada saxlaya biləcəklərinə əmindir.

Van Deykin komandadakı gələcəyi qeyri-müəyyən sayılırdı, çünki onun "Liverpul"la cari müqaviləsi gələn ilin yayında başa çatacaq.

Bundan öncə həm Avropa nəhəngləri, həm də Səudiyyə Ərəbistanı çempionatının təmsilçiləri Vircil van Deyklə maraqlanırdı.

Qeyd edək ki, 33 yaşlı mərkəz müdafiəçisi 2018-ci ildən "Liverpul"un şərəfini qoruyur.