Vahid Məmmədov: "Sərbəst güləş millimizin Avropa çempionu olacağına inanırdım"

Vahid Məmmədov: "Sərbəst güləş millimizin Avropa çempionu olacağına inanırdım"

Millimizin Avropa çempionu olacağına inanırdım.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycanın sərbəst güləş üzrə U-17 milli komandasının məşqçisi Vahid Məmmədov deyib.

70 yaşlı mütəxəssis Azərbaycan yığmasının Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatındakı çıxışı ilə bağlı danışıb:

"Güləşçilərin, demək olar ki, 90 faizi nəticə verdi. Çempion olmaq hələlik vacib deyil. Bəzən qızıl medal qazanırsan və arxayınlıq yaranır. Növbəti Yay Olimpiya Oyunlarına 3 ildən bir az çox müddət qalıb. Bu müddət ərzində əldə olunacaq nəticələr önəmlidir. Heyətdə gəncləşmə gedir. Məsələn, Ağanəzər Novruzovu (74 kq) vurğulamaq istərdim. Yaxşı güləşçidir. Yeniyetməlik dövründən mütəmadi olaraq nəticə verir, medallar qazanır. Qızıl medal qazandığı yarış da olub. Növbəti Yay Olimpiya Oyunlarında ondan medal gözləyirəm. Hələ 20 yaşı var. Güləşdə də olimpiya çempionları adətən 20-25 yaşında olar. Komandanın Avropa çempionu olması yaxşı nəticədir. Məqsəd növbəti olimpiadaya hazırlaşmaqdır".

Vahid Məmmədov Giorgi Meşvildişvilinin (125 kq) qızıl medal qazanmasına da toxunub:

"Daha əvvəl Azərbaycandan gedən Kamandar Məcidov, Vüqar Orucov başqa ölkələrin təmsilçiləri kimi nəticə əldə ediblər. Giorgi Meşvildişvili də Gürcüstandan gəlibsə, nəyisə sübüt etmək istəyir. Olimpiya mükafatçısı oldu, ardınca Avropa çempionatında qızıl mükafata sahib çıxdı. Qarşıda dünya çempionu olacaq. Bu turnir digər qitə təmsilçiləri də qatıldığı üçün daha çətin keçəcək. Meşvildişvilinin qızıl medal qazanması təqdirəlayiqdir. Dünya çemionatında da eyni nəticəni təkrarlamağa çalışacaq. Həmin yarışda da sərbəst güləşçilərimizə uğurlar arzulayıram".

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olubsa, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qitə birinciliyi aprelin 13-də başa çatacaq.

Fərdi
Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi imiş

Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi imiş

Fərdi
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Fərdi
Yaşar Bəşirov Asiya çempionatının fəxri qonağı olub

Yaşar Bəşirov Asiya çempionatının fəxri qonağı olub

Fərdi
Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatına qələbə üçün gəlmişik" - MÜSAHİBƏ

Elnur Məmmədli: "Avropa çempionatına qələbə üçün gəlmişik" - MÜSAHİBƏ

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

Fərdi
Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Fərdi
Həbib Nurməhəmmədov MMA-dan gedib

Həbib Nurməhəmmədov MMA-dan gedib

Fərdi
Bakıdakı Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti açıqlanıb

Bakıdakı Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti açıqlanıb

Fərdi
Azərbaycan avarçəkəni dünya ikincisi olub

Azərbaycan avarçəkəni dünya ikincisi olub