Samir Abasov: "Belə vəziyyətlərdə bilmirik, sevinək, ya kədərlənək"

Samir Abasov: "Belə vəziyyətlərdə bilmirik, sevinək, ya kədərlənək"

"İlk qalibiyyətdir. Nə qədər ağır olsa da, ilkdir. Belə vəziyyətlərdə bilmirik, sevinək, ya kədərlənək".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Gəncədə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis bildirib ki, qələbəyə səbəb futbolçuların özlərini oyuna maksimum kökləməsi olub: "Azlıqda qalsaq da, qol vura bildik. İlk dəqiqələrdən göstərdik ki, qalib gəlmək istəyirik. Hər kəsi təbrik edirəm. Kubok matçında burada uduzmuşduq. Buna baxmayaraq, fanatlar yenə bizi tək qoymadı. Onlara təşəkkür edirəm".

Start heyətində radikal dəyişikliklərə əl atan baş məşqçi bunun vacib olduğunu söyləyib: "Dəyişikliklərin gözlənildiyini demişdik. Meydanda və meydandan kənarda da işlər görürük. Ofisdə gördüyümüz işlər meydançadakını ötüb keçib. Futbolçulara çatdırmaq lazım idi ki, bu gün uddun, uduzdun, müqavilən var, ya yoxdur, bizlik deyil. Heyətimiz kasad olsa da, bu addımı atmaq məcburiyyətində qalsaq da, edəcəyik".

O, Araz Abdullayevin göndərilməsinə də toxunub: "Çağırdım və onunla danışdım. Hər şeyi izah etdim. Tək Araz yox, Damian Daniçiç də gedib. Arazın göndərilməsi biz tərəfdən oldu".

Abasov heyətlə bağlı növbəti mümkün dəyişikliklərə də toxunub: "İndi bu barədə danışmağımız düzgün olmaz. Qışa çox qalmayıb. Hamınız hər şeyi biləcəksiniz. Vəziyyətimiz kritikdir. İstədiyimiz futbolçular baxacaqlar ki, 10 komanda var, sonuncu sıradayıq. Turnir cədvəlinə baxıb, imtina edənlər var. Biz əvvəlcə maddiyatı yox, vəziyyətimizi göstəririk. İşimiz çox çətindir və qışdan sonra da bunu yaşayacağıq".

Mütəxəssis "Neftçi"də rəhbərliyiniz altında oynamış futbolçulardan kimi "Sumqayıt"da görmək istəyərdiniz?" sualına isə belə cavab verib: "Emin Mahmudovu istəyərdim (gülür)".

Futbol
Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Futbol
Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Qurban Qurbanov: "Heyətin gücləndirilməsi yönündə işlər aparılır"

Futbol
"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

Futbol
DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

Futbol
AFFA-nın yubileyinə həsr olunmuş yoldaşlıq oyununda 10 qol vurulub

AFFA-nın yubileyinə həsr olunmuş yoldaşlıq oyununda 10 qol vurulub

Futbol
Çexiya klubunun məşqçisi: “Azərbaycan komandasından yaxşı oynadıq”

Çexiya klubunun məşqçisi: “Azərbaycan komandasından yaxşı oynadıq”

Futbol
Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

"Real Madrid" 16 yaşlı hücumçunu 72 milyon avroya transfer edib

Futbol
Pelenin səhhəti yenidən pisləşib

Pelenin səhhəti yenidən pisləşib

Futbol
"Əl-Nəsr" daha bir məşhur futbolçu ilə maraqlanır

"Əl-Nəsr" daha bir məşhur futbolçu ilə maraqlanır

Futbol
Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub

Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub

Futbol
Riad Rəfiyev: "Neftçi"yə rəhbərlik etməyi düşünməmişəm"

Riad Rəfiyev: "Neftçi"yə rəhbərlik etməyi düşünməmişəm"