"Difai" hesabda öndə - YENİLƏNİR

"Difai" hesabda öndə  - YENİLƏNİR

Bu gün Birinci Liqada XXII turun oyunlarına start veriləcək. 

Apasport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq. 

Turun ilk oyunu paytaxtda keçirilib. "Cəbrayıl" "ASCO Arena"da "Mingəçevir"i qəbul edib. Matç saat 13:00-da start götürüb. Meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər. "Mingəçevir" isə ardıcıl 3-cü oyununda da qələbə üzünə həsrət qalıb.

"Qaradağ Lökbatan" "Bakı Sportinq"in qonağı olacaq. "Zaqatala" isə səfərdə "Difai" ilə qarşılaşacaq.

Birinci Liqa

XXII tur

17 aprel (cümə axşamı)

13:00. “Cəbrayıl” – “Mingəçevir” 2:0

Qollar: M.Caniyev 6, O. Təhməzli 71

Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Rizvan Süleymanov, Şamil İmanzadə

“ASCO Arena”

16:00. “Bakı Sportinq” – “Qaradağ Lökbatan” 0:0

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

Binə qəsəbə stadionu

16:30. “Difai” – “Zaqatala” 1:0

Qol: K. Kamta, 33

Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Mahmud Bağırzadə

Şamaxı OİK stadionu