Birinci Liqa: "Qəbələ" addım-addım çempionluğa - YENİLƏNİR
Bu gün Birinci Liqada XXII turun oyunlarına yekun vurulacaq.
Apasport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
Günün ilk oyunu paytaxtda keçiriləcək. MOİK Binə qəsəbə stadionunda "Karvan"ı qəbul edəcək. Matç saat 16:00-da start götürəcək.
Növbəti qarşılaşma isə İmişli şəhər stadionunda baş tutacaq. "İmişli" evdə "Qəbələ" ilə üz-üzə gələcək. Qonaqlar qələbə qazanacağı təqdirdə çempionluğunu rəsmiləşdirəcək.
Birinci Liqa
XXII tur
17 aprel (cümə axşamı)
16:00. MOİK - "Karvan"
16:30. "İmişli" - "Qəbələ"

https://qalaba.az//uploads/photo/birinci-liqa-quotqebelequot-addim-addim-chempionluga-yenilenir.webp