"Gəncə" pley-off mərhələsinin ikinci oyununda "Şəki"ni məğlub edib
"Gəncə" Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyununda qələbə qazanıb.
"QELEBE.AZ"un məlumatına görə, bölgə təmsilçisi doğma azarkeşlər önündə "Şəki"ni qəbul edib.
Gəncə İdman Sarayındakı qarşılaşma meydan sahiblərinin 94:71 hesablı qələbəsi ilə bitib.
İlk qarşılaşmada "Şəki" qalib gəldiyi (85:84) növbəti raunda yüksələn komanda üçüncü görüşdə bəlli olacaq. Cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" duelinin güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsində ikinci oyunlara aprelin 22-də yekun vurulacaq.

https://qalaba.az//uploads/photo/gence-pley-off-merhelesinin-ikinci-oyununda-shekini-meglub-edib.webp











