Rauf Məmmədov ikinci pillədə

Rauf Məmmədov ikinci pillədə

Almaniyanın Karlsrue şəhərində nüfuzlu beynəlxalq “Grenke Chess” şahmat festivalı davam edir.

QELEBE.AZ xəbər verir ki, yeddi turdan sonra Azərbaycan qrossmeysteri Rauf Məmmədov 6 xal toplayıb.

O, turnir cədvəlində 7 xalı olan Maqnus Karlsendən geri qalaraq ikinci yerdə qərarlaşıb.

Həmin festival çərçivəsində keçirilən paralel yarışda Azərbaycanın digər təmsilçisi Məhəmməd Muradlı da inamlı oyun nümayiş etdirir. Onun 6 xalı var və yeddi turdan sonra 3-cü yerdədir.