“Prezident Kuboku-2025” beynəlxalq reqatasında iştirak edəcək ölkələrin adları müəyyənləşib

“Prezident Kuboku-2025” beynəlxalq reqatasında iştirak edəcək ölkələrin adları müəyyənləşib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku-2025” beynəlxalq reqatasında iştiirak edəcək ölkələrin adları müəyyənləşib.

"QELEBE.AZ" xəbər verir ki, aprelin 28-dən mayın 2-dək baş tutacaq yarışda Avropa, Asiya və Afrikadan 200-dən çox idmançı, 20-dən artıq ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan iştirak edəcək.

Aprelin 28-də “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Qarabağda - Füzulidə yerləşən Köndələnçay su anbarında avarçəkənlərin nümunəvi çıxışları olacaq. Həmçinin Füzuliyə köç edən sakinlərə həvəskarlar üçün nəzərdə tutulan qayıqlarda peşəkar məşqçilərin nəzarəti ilə avar çəkmək imkanı yaradılacaq. Uşaq və yeniyetmələr üçün həvəsləndirici viktorinalar təşkil ediləcək.

Reqatanın rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhəri, Heydər Əliyev prospektində keçiriləcək. Aprelin 30-da Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Mayın 2-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Bədii hissədə müxtəlif şou proqramlar, tanınmış rəqs qruplarının çıxışları və konsert proqramı tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. Reqataya hər zaman olduğu kimi möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

Qeyd edək ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.

Fərdi
Avropa Kuboku: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Avropa Kuboku: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycanlı məşqçi: “Məqsədimiz 2023-cü ildə medalların sayını artırmaqdır”

Azərbaycanlı məşqçi: “Məqsədimiz 2023-cü ildə medalların sayını artırmaqdır”

Fərdi
"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb

"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb

Fərdi
Türkiyə Avarçəkmə Federasiyasının prezidenti: "Mingəçevir Reqata"sında yarışmaqdan məmnunuq"

Türkiyə Avarçəkmə Federasiyasının prezidenti: "Mingəçevir Reqata"sında yarışmaqdan məmnunuq"

Fərdi
Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Fərdi
Azərbaycanı Böyük Dəbilqədə təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycanı Böyük Dəbilqədə təmsil edəcək cüdoçular bəlli olub

Fərdi
Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Fərdi
"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

Fərdi
Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Fərdi
Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Rüstəm Orucovun çəkisini dəyişməsinin səbəbi açıqlanıb

Fərdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"