Rauf Məmmədov “Çempionların savaşı” turnirində rəqibinin dəyişməsinə münasibət bildirib

Rauf Məmmədov “Çempionların savaşı” turnirində rəqibinin dəyişməsinə münasibət bildirib

Azərbaycanlı qrossmeyster Rauf Məmmədov Bakıda keçiriləcək “Çempionların savaşı” turnirində rəqibinin dəyişməsinə münasibət bildirib.

Şahmatçı bu barədə “Report”a açıqlama verib.

O, səhhəti ilə əlaqədar turnirə qoşulmayacağı müəyyənləşən hindistanlı dünya çempionu Vişvanatan Anandın əvəzinə qarşılaşacağı özbəkistanlı Rüstəm Kasımcanovla maraqlı oyun keçəcəyini bildirib:

"Düzünü desəm, Anandla mübarizə üçün hazırlığa başlamışdım. Amma Rüstəm də böyük şahmatçıdır və dünya çempionudur. O, ən çox sevdiyim qrossmeyster Maykl Adamsı məğlub edərək dünya çempionu olub. Mübarizə aparmağa çalışacağam. Məni maraqlı oyun gözləyir"

R.Məmmədov rəqibinin son vaxtlar dünyanın ən yaxşı müəllimi sayıldığını vurğulayıb:

"Bir dəfə klassik şahmatda Rüstəmlə heç-heçə oynamışıq. Blits və rapid növlərində də görüşlərimiz olub. Şuşada ona qalib gəlmişdim. Anandla Rüstəmi müqayisə etmək bir az çətindir. Onu deyə bilərəm ki, Rüstəmin açılışları çox güclüdür. Son vaxtlar dünyanın ən yaxşı müəllimi sayılır. Ümumiyyətlə, həm Kasımcanov, həm də Anand Fabiano Karuana ilə işləyiblər. Çox güclüdürlər. Amma Maqnus Karlsendən sonra. Hamı ilə mübarizə aparmaq mümkündür. Lakin Maqnusla oynamaq çox çətindir. O, sadəcə, inanılmazdır".

Qeyd edək ki, “Çempionların savaşı” turniri aprelin 27-dən 30-dək Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq. Digər görüşdə Azərbaycan çempionu Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə münasibətləri aydınlaşdıracaq.

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır

Fərdi
Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Fərdi
Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Fərdi
Bakıda güləşçilər arasında beynəlxalq turnir start götürüb

Bakıda güləşçilər arasında beynəlxalq turnir start götürüb

Fərdi
Həbib Nurməhəmmədov MMA-dan gedib

Həbib Nurməhəmmədov MMA-dan gedib

Fərdi
Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Azərbaycan çempionatında bürünc medalçılar müəyyənləşib

Fərdi
Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Fərdi
Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Fərdi
Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Fərdi
"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb