Əhməd Yusifov bürünc medalın sahibi olub

Əhməd Yusifov bürünc medalın sahibi olub

Bu gün Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatına start verilib.

QELEBE.AZ xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 5 idmançısı tatamiyə çıxıb.

Cüdoçularımız Avropa çempionatında ilk medala sahib olublar. Əhməd Yusifov bürünc qazanıb.

60 kq çəki dərəcəsində Əhməd Yusifov yarışa 1/16 finaldan qoşulub. İzhak Aşpizə (İsrail) qalib gələn cüdoçu mərhələ adlayıb. O, ikinci görüşündə Aleksandru Matei (Rumıniya) də mübarizədən kənarlaşdırsa da, 1/4 finalda Luka Mxeidzeyə (Fransa) uduzub.

Yusifov bürünc medal uğrunda ispaniyalı Fransisko Qarriqosla üz-üzə gəlib. Təmsilçimiz üçqat Avropa çempionuna ipponla qalib gələrək, Avropa çempionatında komandamıza ilk medalı qazandırıb.