“Naxçıvan” və “Sumqayıt”dan qələbə
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
Bakı İdman Sarayında baş tutan NTD - "Naxçıvan" görüşündə Naxçıvan təmsilçisi 84:56 hesablı qələbə qazanıb.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən matçda isə "Sumqayıt" "Ordu"nu 123:88 hesabı ilə məğlub edib.
Xatırladaq ki, VII turun əvvəlki oyunlarında "Sabah" "Neftçi"ni (93:78), "LANDAU Lions" "Gəncə"ni (85:62) məğlub edib.

https://qalaba.az//uploads/photo/naxchivan-ve-sumqayitdan-qelebe.webp