A Seriyasının oyunu fizioterapevtin ölümü səbəbi ilə başqa tarixə salınıb
İtaliya A Seriyasının XXXIV turunda baş tutmalı olan “Atalanta” – “Leççe” oyunu qonaq komandanın fizioterapevti Qratsiano Fioritanın ölümü səbəbindən başqa tarixə keçirilib.
"QELEBE.AZ" xəbər verir ki, bu barədə "Leççe"nin mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmanın daha əvvəldən aprelin 25-də oynanılması nəzərdə tutulmuşdu. Lakin məlum səbəbə görə, matç bundan 2 gün sonra - aprelin 27-də reallaşacaq.
Qeyd edək ki, 47 yaşlı klub işçisi otağında ölü tapılıb.

https://qalaba.az//uploads/photo/a-seriyasinin-oyunu-fizioterapevtin-olumu-sebebi-ile-bashqa-tarixe-salinib.webp











