"Fənərbaxça" prezidenti Ali Koç istefa vermək niyyətində olmadığını açıqlayıb

"Fənərbaxça" prezidenti Ali Koç istefa vermək niyyətində olmadığını açıqlayıb

"Fənərbaxça" klubunun İstanbulda konqresi keçirilib.

Apasport.az xəbər verir ki, klubun prezidenti Ali Koç konqresdə bir sıra açıqlamalar verib.

O, klubdakı gələcəyi ilə bağlı qərarını bildirib: "Biz idarə heyəti olaraq fəaliyyətimizi və mübarizəmizi davam etdirəcəyik".

Koç, həmçinin çempionluq üçün yaxşı heyətə sahib olduqlarını vurğulayıb: "Çempionluq yolunda psixoloji üstünlük bizim tərəfimizdə idi. Lakin heç kimin əvvəlcədən görə bilmədiyi xal itkiləri ilə çempionluq şansımıza zərbə vurduq. Çoxlarınız haqlı olaraq qəzəbləndiniz. Bizim isə kədərlənmək əvəzinə, problemləri aradan qaldırmaq məcburiyyətindəyik. Ötən il azarkeşlərimiz bizə üç il daha etimad göstərdi və yenidən vəzifəyə gətirdi. Futbol tarixinin ən uğurlu baş məşqçisi sayılan Mourinyonu komandamıza gətirdik. Onunla məqsədimiz təkcə bu günü deyil, gələcəyi də planlaşdırmaqdır. Sizlərin isə bu işi bəyənməmək və ya tənqid etmək haqqınız yoxdur. Biz 99 xal toplayan İsmayıl Kartalı belə tənqid edən insanlarıq. Fənərbaxça tarixində maliyyə baxımından ən dəyərli heyəti qurmuşuq. Keyfiyyətli və təcrübəli bir komanda formalaşdırdığımıza inanırıq".

Ali Koç həmçinin uğursuzluqların yalnız ona aid olduğunu bildirib: "Dəfələrlə vurğulamışam əgər uğursuzluq varsa, bunun tək məsuliyyəti klub prezidentinə aiddir. Heç vaxt kimisə bəhanə gətirməmişəm, bundan sonra da gətirməyəcəyəm. Futbol strukturu baxımından əlimizdən gələn hər şeyi etdiyimizə əminik. Lakin futbolda bəzən ağıl və məntiqin belə izah edə bilməyəcəyi hadisələr də baş verir. Qış fasiləsi zamanı heyətimizi gücləndirmək üçün investisiyaları artırdıq. Talişka, Şkriniar və Dieqo Karlosu transfer etdik və onsuz da güclü olan heyətimizi daha da möhkəmləndirdik. Təbii ki, ikincilik heç kimi qane etmir. İllərdir zirvəyə oynayırıq, lakin ikinciliklə kifayətlənmək məcburiyyətində qalırıq. Bəzilərinin ‘Fənərbaxça idarəçiliyində zəiflik var’ düşüncəsini formalaşdırmaq cəhdlərini qətiyyətlə qınayıram. Biz idarə heyəti olaraq vəzifəmizi və mübarizəmizi davam etdirəcəyik.”

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektorun əməliyyat olunacağı tarix açıqlanıb

Yevlaxda qəzaya düşən hakim-inspektorun əməliyyat olunacağı tarix açıqlanıb

Futbol
UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

Futbol
İngiltərəli müdafiəçi vurduğu qolların sayına görə tarixə düşüb

İngiltərəli müdafiəçi vurduğu qolların sayına görə tarixə düşüb

Futbol
"Qarabağ" Almaniyadakı oyundan əvvəl ölkə xaricindəki azarkeşlərə müraciət edib

"Qarabağ" Almaniyadakı oyundan əvvəl ölkə xaricindəki azarkeşlərə müraciət edib

Futbol
Mahir Emreli koronavirusa yoluxub

Mahir Emreli koronavirusa yoluxub

Futbol
"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

Futbol
“Qəbələ” Çexiya klubuna uduzub

“Qəbələ” Çexiya klubuna uduzub

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Futbol
"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

Futbol
Çempionlar Liqası: "Real Madrid"in futbolçusu Burak Yılmazın rekordunu yeniləyib

Çempionlar Liqası: "Real Madrid"in futbolçusu Burak Yılmazın rekordunu yeniləyib

Futbol
Azərbaycan Kuboku: “Səbail” “Sabah”ı məğlub edib

Azərbaycan Kuboku: “Səbail” “Sabah”ı məğlub edib

Futbol
Azərbaycanın iki futzalçısı şəhəri tərk edə bilmədiyi üçün heyətdən çıxarılıb

Azərbaycanın iki futzalçısı şəhəri tərk edə bilmədiyi üçün heyətdən çıxarılıb