AŞF-nin təşkilatçılığı ilə ikiqat dünya və Avropa çempionu tərəfindən ustad dərsi keçirilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə Milli Xalça Muzeyində şahmat üzrə ikiqat dünya və Avropa çempionu Antoaneta Stefanova tərəfindən "ustad dərsi" keçirilib.

AŞF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə iştirak edən qurumun prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov əsas məqsədin yeniyetmə və gənc şahmatçıların peşəkar idmançı kimi formalaşmasına dəstək vermək olduğunu bildirib.

20 yeniyetmə və gənc şahmatçının iştirak etdiyi görüşdə Antoaneta Stefanova uğur yolundan, karyerasının önəmli anlarından söhbət açıb. Sonra şahmatda debüt və digər vəziyyətlərlə bağlı fikir mübadiləsi aparılıb, yeniyetmə və gəncləri maraqlandıran suallara cavab verilib.

"Ustad dərsləri"nin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, AŞF yeniyetmə və gənclərdə idmana marağın aşılanması, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində mütəmadi olaraq müxtəlif layihələr və tədbirlər həyata keçirir.

Fərdi
Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Boks üzrə Azərbaycan yığmalarının Avropa birinciliyi üçün heyəti açıqlanıb

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Bir qızıl, bir bürünc medal qazanmış Azərbaycan gimnastı: “Finala çıxacağımı gözləmirdim”

Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında olublar

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında

Avropa Kuboku: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Naxçıvandakı Şahmat Olimpiadasına qatılacaq Azərbaycan komandaları açıqlanıb