Mahir Emreli məşqləri bərpa etdi - FOTO
Azərbaycan millisinin hücumçusu Mahir Emreli məşqlərə start verib.
QELEBE.AZ xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
"Nürnberq"in futbolçusu Almaniya II Bundesliqasının XXXI turunun "Fortuna" ilə matçında (3:3) əlindən zədələnib.
28 yaşlı oyunçu artıq məşqlərə qoşulub. Həmyerlimizin qoluna xüsusi hazırlanmış şin taxılıb.
Mahirin növbəti matçlarda komandasına kömək edə biləcəyi bildirilir.
Qeyd edək ki, Emreli bu mövsüm 22 matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qalaba.az//uploads/photo/mahir-emreli-meshqleri-berpa-etdi-foto.webp