Millimizin üzvü oynadı, komandası finalda məğlub oldu

Millimizin üzvü oynadı, komandası finalda məğlub oldu

Albaniya kubokunun final matçı keçirilib.

Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” finalda Tirana “Dinamo”su ilə qarşılaşıb.

Əsas vaxtı 2:2 hesablı heç-heçə yekunlaşan matçın qalibi penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq zərbələr yerinə yetirən “Dinamo” kubokun qalibi olub.

Qeyd edək ki, Zamiq bu görüşdə 120 dəqiqə meydanda olub.