“Şamaxı”nın baş məşqçisi: “Heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar”

“Şamaxı”nın baş məşqçisi: “Heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar”

“Bu gün bir xal qazandıq, komandamı təbrik etmək olar. “Zirə” topla möhtəşəm oynayan kollektivdir. Futbolçularım çətin matçda xal qazandılar”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Zirə” ilə evdə qolsuz bərabərə qaldıqları Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, heyətləri yerli oyunçulardan qurulmasına baxmayaraq, rəqiblərlə çəkinmədən mübarizə aparırlar: “Zirə”dən bir xal almağımız hər şey demək deyil. Amma sevindirici odur ki, heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar. Belə görüşlərin sayı çox olsa, futbolçular daha yaxşı inkişaf edərlər”.

Vüqar Əsgərli çempionatın son 5 turunda məğlub olmamalarına da münasibət bildirib: “Gənc, təcrübəsiz heyətimiz var. Mövsümün əvvəlindəki zəif nəticələr bu mənada başadüşülən olmalıdır. Oyundan-oyuna komandamızın təcrübəsi artır. İnanıram ki, bundan da yaxşı nəticələrimiz olacaq. Çünki çox perspektivli futbolçularımız var”.

Baş məşqçi zədə səbəbindən qarşılaşmanı buraxan kapitan Elvin Məmmədovun XVIII tur çərçivəsində dekabrın 23-də “Neftçi” ilə keçiriləcək matça hazır olacağını əlavə edib.

Futbol
Azərbaycanın futzal millisinin iki oyun üçün heyəti açıqlanıb

Azərbaycanın futzal millisinin iki oyun üçün heyəti açıqlanıb

Futbol
Kadi Borges: "Frayburq"la oyunun taleyini xırda detallar həll etdi"

Kadi Borges: "Frayburq"la oyunun taleyini xırda detallar həll etdi"

Futbol
Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Şahruddin Məhəmmədəliyev: "Olimpiakos"la Bakıdakı oyun daha vacibdir"

Futbol
"Sumqayıt" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

"Sumqayıt" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

Futbol
APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

Futbol
"Sabah"ın futbolçusu: "Bundan dərs çıxarmalıyıq" - MÜSAHİBƏ

"Sabah"ın futbolçusu: "Bundan dərs çıxarmalıyıq" - MÜSAHİBƏ

Futbol
“Fənərbaxça”dan “Frayburq”a qədər: Azərbaycan klubları avrokubokda 600-cü qolu buraxıb

“Fənərbaxça”dan “Frayburq”a qədər: Azərbaycan klubları avrokubokda 600-cü qolu buraxıb

Futbol
Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail"i qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail"i qəbul edəcək

Futbol
"Sumqayıt" Azərbaycan çempionatının antirekordunu təkrarlayıb

"Sumqayıt" Azərbaycan çempionatının antirekordunu təkrarlayıb

Futbol
"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq

"Liverpul"un hücumçusu dünya çempionatını buraxacaq

Futbol
Elmar Baxşıyev: "Komandamın çıxışından razı qaldım"

Elmar Baxşıyev: "Komandamın çıxışından razı qaldım"