Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu üçün səsvermə başa çatıb.
QELEBE.AZ UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, mükafatı “İnter”in qapıçısı Yann Sommer alıb.
Sommer səsvermədə PSJ-nin müdafiəçisi Aşraf Hakimini qabaqlayıb.
“Barselona” ilə yarımfinal mərhələsinin cavab oyununda (4:3) isveçrəli qolkiper 7 seyv edib.
Xatırladaq ki, Çempionlar Liqasının finalında "İnter" və PSJ üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 31-də Münhendəki stadionda baş tutacaq.

https://qalaba.az//uploads/photo/chempionlar-liqasinda-heftenin-oyunchusu-mueyyenleshdi.webp