Premyer Liqada mövsümün oyunçusu məlum oldu
İngiltərədə 2024/2025 mövsümünün ən yaxşı futbolçusu məlum olub.
Apasport.az xəbər verir ki, Futbol Yazıçıları Assosiasiyası (FWA) məlumat yayıb.
Bu ada “Liverpul”dan Məhəmməd Salah layiq görülüb.
Misirli hücumçu 2017/2018 və 2021/2022 mövsümlərində də eyni mükafatı alıb.
Qeyd edək ki, Salah bu mövsüm 49 oyunda 33 qol vurub.

https://qalaba.az//uploads/photo/premyer-liqada-movsumun-oyunchusu-melum-oldu.webp