Kurtuanın taleyinə aydınlıq gəldi

Kurtuanın taleyinə aydınlıq gəldi

"Real"ın qapıçısı Tibo Kurtuanın durumuna aydınlıq gəlib.

QELEBE.AZ xəbər verir ki, Madrid təmsilçisi onu heyətdə saxlamaq niyyətindədir.

Belçikalı kluba müqaviləsini uzatmağa yaxındır. 

Tərəflər 2027-ci ilə qədər yeni sözləşmə imzalamaq niyyətindədirlər. Qapıcının "Real"la hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Qeyd edək ki, Kurtua bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 44 oyun keçirib, 50 qol buraxıb və 14 matçda qapısını toxunulmaz saxlayıb.