"Tottenhem"də ciddi itki: Finalı buraxa bilər
“Tottenhem”də ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Deyan Kuluşevski zədələnib.
O, Premyer Liqanın XXXVI turunun ” Kristal Pelas”la oyununda (0:2) dizindən xəsarət alıb.
İsveçli müdafiəçi Mark Queyi ilə toqquşduqdan sonra matçı davam etdirə bilməyib. Kuluşevski ertəsi gün komandanın məşqini buraxıb. Onun mayın 21-də Bilbaodakı keçiriləcək “Mançester Yunayted”lə Avropa Liqasının finalında iştirak edə bilməyəcəyi düşünülür.
Qeyd edək ki, “Tottenhem” bunadək yarımmüdafiəçiləri Ceyms Meddison və Lukas Berqvallu zədə səbəbindən itirib.

https://qalaba.az//uploads/photo/quottottenhemquotde-ciddi-itki-finali-buraxa-biler.webp