“Sumqayıt” klubu Apellyasiya və Arbitraj Tribunalına şikayət etməyəcək

“Sumqayıt” klubu Apellyasiya və Arbitraj Tribunalına şikayət etməyəcək

“Sumqayıt” klubu Vüqar Mustafayev və Rəşad Əzizlinin AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmasına görə Apellyasiya və Arbitraj Tribunalına şikayət etməyəcək.

Bu barədə “QELEBE.AZ”a klubun mətbuat katibi Zaur Xudiyev məlumat verib.

Klub rəsmisi futbolçuların cəzalarını qəbul etdiklərini söyləyib:

“Cəzalarla bağlı apellyasiya şikayətimiz olmayacaq. Oyunda gərginlik yarandı, futbolçular emosiyalarına hakim ola bilmədilər və belə hadisələr yaşandı. Bunun məntiqi nəticəsi kimi AFFA İntizam Komitəsi həm klubu cərimələdi, həm də futbolçuları cəzalandırdı. Cəzaları qəbul edirik və şikayət vermək fikrində deyilik”.

Z.Xudiyev futbolçuların klub tərəfindən cəzalanıb-cəzalanmayacağı ilə bağlı sualı da cavablandırıb:

“Açığı, belə olacağını düşünmürəm. Vüqar onsuz da mövsümün sonunda karyerasını bitirəcək. Sadəcə, qırmızı vərəqə ilə bunu bir qədər tezləşdirdi. Rəşadla bağlı cəza olacağına da inanmıram. Bu, klubun daxili iclasında müəyyənləşəcək”.

Qeyd edək ki, Misli Premyer Liqasının XXXIV turunda baş tutan “Kəpəz” - “Sumqayıt” matçının 89-cu dəqiqəsində qonaqların futbolçuları Rəşad Əzizli və Vüqar Mustafayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün ikisi şərti olmaqla 4 oyunluq cəzalandırılıblar. Futbolçularının hərəkətinə görə Sumqayıt təmsilçisi ümumilikdə 6000 manat cərimələnib. Hər iki oyunçuya 3 ay sınaq müddəti təyin edilib.

Futbol
Fərid Qayıbov: "Qarabağ" və milli komanda bizi sevindirdi"

Fərid Qayıbov: "Qarabağ" və milli komanda bizi sevindirdi"

Futbol
Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Futbol
Argentinalı futbolçu dünya çempionluğu medalını klub muzeyinə bağışladı

Argentinalı futbolçu dünya çempionluğu medalını klub muzeyinə bağışladı

Futbol
Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Futbol
Messi Ronaldoya çatıb

Messi Ronaldoya çatıb

Futbol
UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edə bilməyib

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edə bilməyib

Futbol
Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Futbol
Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə edib

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə edib

Futbol
“Neftçi”nin futbolçusu Kipr klubuna keçə bilər

“Neftçi”nin futbolçusu Kipr klubuna keçə bilər

Futbol
Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Futbol
CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb

CAS Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb