"Sabah" akademiyasının qapıçılar üzrə koordinatoru: "Qələbələr uşaqlarda qalib pisxologiyası formalaşdırır"

"Sabah" akademiyasının qapıçılar üzrə koordinatoru: "Qələbələr uşaqlarda qalib pisxologiyası formalaşdırır"

“Sabah” Futbol Akademiyasının qapıçılar üzrə koordinatoru Xəyal Zeynalov klubun U-10 komandasının Rusiyada təşkil olunan "East Cup Kazan" beynəlxalq turnirindəki iştirakını dəyərləndirib.

Mütəxəssis “Report”a açıqlamasında bu cür beynəlxalq yarışların uşaqlar üçün əvəzsiz rol oynadığını vurğulayıb.

O, futbolçuların təcrübə qazanmasının vacibliyini qeyd edib:

“Bu yaşda hansısa ciddi səviyyə fərqindən danışmaq çətindir. Əsas olan uşaqların beynəxalq oyun təcrübəsi qazanması, belə ab-havaya uyğunlaşmasıdır. Bu cür turnirlər uşaqlar üçün əvəzsiz rol oynayır. Çünki başqa ölkələrdən gələn həmyaşıdları ilə ünsiyyətdə olurlar və dünyagörüşləri formalaşır. Həmçinin qələbələr uşaqlarda qalib pisxologiyası formalaşdırır. Yəni bu cür turnirlər təkcə yaşıl meydanlarda yox, ondan kənarda da uşaqlara çox şey qazandırır”.

Klub rəsmisi indiyə qədər keçirdikləri 4 matçın üçündə qələbə qazandıqlarını söyləyib:

“Turnirə mayın 14-də start verilib. Artıq qrup mərhələsi bitib. Komandamız Tacikistan, Qırğızısıtan, Qazaxıstan və Rusiya təmsilçiləri ilə bir qrupda yer almışdı. Keçirdiyimiz 4 oyunun 3-də qalib gəldik, yalnız Rusiyanın “Nefteximik” komandasına bərabər mübarizə şəraitində keçən oyunda uduzduq. Buna rəğmən, qrup mərhələsini birinci sırada başa vurduq. Turnirin reqlamentinə əsasən, qrup qalibləri həlledici oyuna vəsiqə qazanır. Sabah digər qrupun lideri “Rubin”lə finalda oynayacağıq”.

X.Zeynalov yaxın gələcəkdə başqa turnirlərin də nəzərdə tutulduğunu bildirib:

“Sabah" Futbol Akademiyası mütəmadi olaraq beynəlxalq turnirlərdə iştirak edir. Bir neçə həftə öncə U-13 və U-15 komandalarımız Antlayada keçirilən beynəlxalq turnirə qatılmışdı. Yaxın gələcəkdə başqa yarışlarda da iştirak nəzərdə tutulur”.

Qeyd edək ki, “Sabah” qrupda Tacikistanın "Babilon" (2:1), Qırğızıstanın "Abdış-Ata" (9:1) və Qazaxıstanın "Elimay" (6:0) komandalarına qalib gəlib, Rusiya təmsilçisi "Nefteximik"ə məğlub olub - 1:2.

Qrup mərhələsini ilk pillədə tamamlayan Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi kollektiv sabah finalda Rusiyanın "Rubin" komandası ilə üz-üzə gələcək.

Futbol
Rəşad Sadıqov: "Onu Kevin De Brüyneyə oxşadıram"

Rəşad Sadıqov: "Onu Kevin De Brüyneyə oxşadıram"

Futbol
Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Futbol
Samir Abasov: "Belə vəziyyətlərdə bilmirik, sevinək, ya kədərlənək"

Samir Abasov: "Belə vəziyyətlərdə bilmirik, sevinək, ya kədərlənək"

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçı başlayıb

DÇ-2022: İspaniya - Almaniya matçı başlayıb

Futbol
Azərbaycan yığmasının bir rəqibi qələbə qazanıb, digəri uduzub

Azərbaycan yığmasının bir rəqibi qələbə qazanıb, digəri uduzub

Futbol
Çimərlik futbolu üzrə Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda uduzub

Çimərlik futbolu üzrə Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda uduzub

Futbol
Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Futbol
FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

FIFA kanadalı qapıçının təhqir edilməsi ilə bağlı iş açıb

Futbol
Rusiya UEFA-dan ayrılaraq Asiya Futbol Konfederasiyasına qoşulmaq istəyir

Rusiya UEFA-dan ayrılaraq Asiya Futbol Konfederasiyasına qoşulmaq istəyir

Futbol
“Qarabağ”ın rəqibi futbolçusunu Almaniya klubuna satıb

“Qarabağ”ın rəqibi futbolçusunu Almaniya klubuna satıb

Futbol
Dünya çempionatlarının final mərhələlərindən ən çox qol vurmuş futbolçular

Dünya çempionatlarının final mərhələlərindən ən çox qol vurmuş futbolçular

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək