"Aston Villa" dünya çempionu ilə yollarını ayıracaq

"Aston Villa" dünya çempionu ilə yollarını ayıracaq

Emiliano Martinez yayda "Aston Villa"dan ayrılacaq.

QELEBE.AZ xəbər verir ki, argentinalı qapıçı Premyer Liqanın 37-ci turunun "Tottenhem"lə ev oyunundan (2:0) sonra azarkeşlərlə vidalaşıb.

Martinezə Səudiyyə Ərəbistanından təkliflər var. Lakin 32 yaşlı qolkiper Asiyaya yollanmağı düşünmür. Dünya çempionu Avropada qalmaq niyyətindədir.

Qeyd edək ki, "Aston Villa" Emiliano Martinezi 2020-ci ilin yayında "Arsenal"dan transfer edib.