“Neftçi” Emin Mahmudovla yeni müqavilə ilə bağlı ilkin razılığa gəlib
“Neftçi” futbolçusu Emin Mahmudova yeni müqavilə təklif edib.
“QELEBE.AZ”un əldə etdiyi məlumata görə, Bakı klubu kapitanı ilə danışıqlara start verib.
“Ağ-qaralar” 30 yaşlı yarımmüdafiəçinin mövsümün sonuna qədər olan sözləşməsini daha 3 illik uzatmaq niyyətindədirlər. Bir neçə xarici klubun diqqət mərkəzində olmasına baxmayaraq, Mahmudov özü də hazırkı komandasında qalmaqda maraqlıdır.
Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”nin formasını geyinir. O, cari mövsüm Premyer Liqada keçirdiyi 17 oyunda 10 qola imza atıb.

https://qalaba.az//uploads/photo/neftchi-emin-mahmudovla-yeni-muqavile-ile-bagli-ilkin-raziliga-gelib.webp











