"Neftçi"nin futbolçusu əməliyyat olunub
"Neftçi"nin futbolçusu Fərid Yusifli əməliyyat olunub.
Paytaxt təmsilçisindən "QELEBE.AZ"a verilən məlumata görə, 20 yaşlı yarımmüdafiəçi ikitərəfli qasıq yırtığına görə cərrahi müdaxiləyə ehtiyac duyub.
Onun əməliyyatı uğurlu alınıb. Yusifli 4 həftədən sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, yarımmüdafiəçi Premyer Liqanın 17-ci turunda dekabrın 15-də “Turan Tovuz”la keçirilmiş səfər oyununda zədələnib.

https://qalaba.az//uploads/photo/neftchinin-futbolchusu-emeliyyat-olunub.webp











