"Xankəndi" klubunun rəsmisi: “Bu ad ilə çempion olmaq tam fərqlidir”

"Xankəndi" klubunun rəsmisi: “Bu ad ilə çempion olmaq tam fərqlidir”

AFFA Region Liqasının qalibi olan və Azərbaycan II Liqasına vəsiqə qazanan, həmçinin ölkəmizi UEFA Region Kubokunda təmsil edəcək “Xankəndi” klubunun icraçı direktoru Vasif İsmayılov komandanın çempionluğunu dəyərləndirib.

O, “QELEBE.AZ”a açıqlamasında bunun çox məsuliyyətli olduğunu bildirib.

“Çempionluq gözəl hissdir. Komandanın adının ağırlığına görə bu çox məsuliyyətli idi. Xankəndi adı ilə çempion olmaq tam fərqlidir. Mövsümün əvvəlində çempion olacağımıza 99 faiz inamımız var idi. Baş məşqçimiz İbrahim Uzunca PRO kateqoriyasına malikdir. Klub rəhbərliyi yüksək səviyyədə idarəçilik sistemi yaratmışdı. Komanda mövsüm ərzində cəmi bir qol buraxdı. Bu da intizam və peşəkarlıqdan irəli gəlir”, - V.İsmayılov vurğulayıb.

O, gələcək planlarla bağlı rəhbərliklə müzakirə aparılacağını deyib:

“İnanıram ki, növbəti mövsüm II Liqada yaxşı çıxış edəcəyik. Hələ zamanımız var. Komanda Azərbaycanı Avropada da təmsil edəcək. Rəhbərliklə hələ müzakirə aparmamışıq. Komanda dünən çempion olub və belə desək, bunun dadını çıxarırıq. Planlar haqqında daha sonra düşünəcəyik. Oturuşmuş heyətimiz var. Əlavə futbolçular da gətirib iddiamızı davam etdirəcəyik".

Qeyd edək ki, İbrahim Uzuncanın rəhbərliyi altında “Xankəndi” AFFA Region Liqasının ötən gün baş tutan həlledici matçında “Şirvan”ı 3:0 hesabı ilə üstələyərək çempion olub.

Futbol
Azərbaycanın U-19 yığması seçmə mərhələni xalsız başa vurub

Azərbaycanın U-19 yığması seçmə mərhələni xalsız başa vurub

Futbol
Ronaldo klubunu satır

Ronaldo klubunu satır

Futbol
Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq"

Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq"

Futbol
Qara Qarayevin durumuna aydınlıq gəlib

Qara Qarayevin durumuna aydınlıq gəlib

Futbol
Yuri Syomin: "Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdı"

Yuri Syomin: "Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdı"

Futbol
PFL: "İntizam Komitəsi medianın təhqir olunması ilə bağlı məsələyə baxmalıdır"

PFL: "İntizam Komitəsi medianın təhqir olunması ilə bağlı məsələyə baxmalıdır"

Futbol
Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

Futbol
Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Futbol
Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Futbol
FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqlayıb

FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqlayıb

Futbol
"Neftçi"nin zədəli hücumçusunun durumuna aydınlıq gəlib

"Neftçi"nin zədəli hücumçusunun durumuna aydınlıq gəlib

Futbol
Qurban Qurbanov: "Möhtəşəm il keçirdik"

Qurban Qurbanov: "Möhtəşəm il keçirdik"