Millimiz Latviyaya məğlub oldu - YENİLƏNİB

Millimiz Latviyaya məğlub oldu - YENİLƏNİB

Basketbolun 3x3 növü üzrə Dünya kubokunun Bakıda keçirilən seçmə mərhələsi bu gün start götürür.

QELEBE.AZ xəbər verir ki, bu gün qadınların yarışında qrup mərhələsinin matçları keçiriləcək.

6 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan millisi B qrupunda yarışacaq.

Dina Ulyanova, Aleksandra Mollenhauer, Arika Karter və Brianna Frezerin yer aldığı qadın millimiz mübarizəyə Misirlə görüşlə start verəcək. İkinci rəqib isə Latviya olacaq.

A qrupunda Çili, Çin Taypeyi, Braziliya, B qrupunda Latviya, Azərbaycan, Misir yarımfinala vəsiqələr üçün oynayacaq.

Dünya kubokunun seçmə mərhələsi
Qadınlar
24 may
Qrup mərhələsi

I tur
A qrupu

16:00. Çili – Braziliya 20:21

B qrupu
16:25. Latviya – Misir 13:17

II tur
A qrupu

17:50. Çin Taypeyi - Braziliya 16:21

B qrupu
18:15. Azərbaycan – Misir 14:12

III tur
A qrupu

19:40. Çili – Çin Taypeyi 21:12

B qrupu
20:05. Latviya – Azərbaycan 18:11

Qeyd edək ki, hər qrupdan iki komanda yarımfinala yüksələcək.