Serbiya minifutbol millisinin üzvü: "Milli Gimnastika Arenasında oynamaq bizim üçün çox əlverişlidir"
Serbiya millisinin üzvü Bobar Yovan Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yer adıqları H qrupunu birinci pillədə tamamladıqları üçün sevincli olduqlarını bildirib.
O, "Report"a açıqlamasında motivasiyalarının yüksək olduğunu söyləyib.
"Sevincliyik. Bununla belə, arxayınlaşmaq istəmirik. Bakıya nəticə qazanmaq üçün gəlmişik. İnanırıq ki, sonda çempion olacağıq", - B.Yovar vurğulayıb.
O, mundialın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:
"Həqiqətən hər şey yüksək səviyyədədir. Milli Gimnastika Arenasında futbol oynamaq bizim üçün çox əlverişlidir. Bakıda məskunlaşdığımız ərazi çox yaxşıdır. Təəssüf ki, şəhəri gəzmək vaxtımız olmayıb".
Qeyd edək ki, Serbiya millisi H qrupundakı son matçında Qanaya 2:1 hesabı ilə qalib gəlib. Xallarının sayını 9-a çatdran serblər qrup lideri olublar.

https://qalaba.az//uploads/photo/serbiya-minifutbol-millisinin-uzvu-milli-gimnastika-arenasinda-oynamaq-bizim-uchun-chox-elverishlidir.webp











