Azərbaycan minifutbol millisinin üzvü: “Dünya çempionatının 1/4 finalında İngiltərəni məğlub edəcəyimizə inanıram”

Azərbaycan minifutbol millisinin üzvü: “Dünya çempionatının 1/4 finalında İngiltərəni məğlub edəcəyimizə inanıram”

Azərbaycan minifutbol millisinin üzvü Xətai Bağırov Bakıda təşkil olunan dünya çempionatının 1/4 finalında qarşılaşacaqları İngiltərə yığmasını məğlub edəcəklərinə inanır.

O, “Report”a açıqlamasında növbəti mərhələyə adlayacaqlarına sonsuz inamlarının olduğunu söyləyib.

“Fikrimiz ancaq qələbə qazanmaqdır. Yaxşı hazırlaşmışıq, 1/4 finala qədər gəlib çıxmışıq. Komandamız ideal formadadır. İnamımız sonsuzdur, ümid edirəm ki, növbəti mərhələyə keçəcəyik. Başqa yolumuz da yoxdur. Bu qədər azarkeşin dəstəyi qarşısında İngiltərə millisini məğlub edəcəyimizə inanıram”, - deyə futbolçu bildirib.

X.Bağırov fizki cəhətdən güclü olan rəqibə qarşı oynayacaqlarını vurğulayıb:

“Azərbaycan millisi taktiki cəhətdən çox yaxşıdır. Rəqib də bizə qarşı bu şəkildə oynayanda rahat olur. İngiltərə millisi isə fərqlidir. Fiziki cəhətdən çox güclüdürlər, dayanmırlar, yorulmurlar, daim hərəkətdədirlər. Belə komandaya qarşı oynamaq çətin olur. Fiziki cəhətdən onlardan geri qalmadığımızı göstərməyə çalışacağıq. Baş məşqçi dünən məşq zamanı tapşırıqlarını verib. İngiltərə millisini topsuz saxlamağa çalışacağıq. Əslində Rumıniya yığması istisna olmaqla, digər komandalardan hansıları ilə rəqib ola biləcəyimizi düşünürdüksə, o da reallaşdı. Yalnız Rumıniya millisinin qrupdan çətinliklə, ikinci yerlə çıxacağını gözləmirdik. Rəqiblərin hər birini təhlil etmişdik. İnanıram ki, uğurumuzu davam etdirəcəyik”.

O, dünya çempionatında əsas rəqib kimi Serbiya millisini göstərib:

“Dünya çempionatında Azərbaycana əsas rəqib kimi Serbiyanı göstərərdim. Güclü, təcrübəli, keyfiyyətli komandadır, son Avropa çempionudur”.

Qeyd edək ki, İngiltərə - Azərbaycan matçı bu gün, saat 20:30-da Milli Gimnastika Arenasında start götürəcək.

Futbol
Almaniya klubu Türkiyə millisinin futbolçusunu heyətinə qatıb

Almaniya klubu Türkiyə millisinin futbolçusunu heyətinə qatıb

Futbol
Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Futbol
Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Futbol
Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Futbol
Azərbaycan cüdoçusu: "Avropa çemionatında ilk medalımı qazandığım üçün şadam"

Azərbaycan cüdoçusu: "Avropa çemionatında ilk medalımı qazandığım üçün şadam"

Futbol
Edin Dzeko Droqbaya çatıb, hədəfdə Ronaldu var

Edin Dzeko Droqbaya çatıb, hədəfdə Ronaldu var

Futbol
Ozan Can Kökçü: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur"

Ozan Can Kökçü: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur"

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

Futbol
"İnter"in qapıçısı Kamerun millisindəki karyerasını başa vurub

"İnter"in qapıçısı Kamerun millisindəki karyerasını başa vurub

Futbol
Qurban Qurbanov: "Frayburq"un bütün futbolçularının adını əzbər bilirəm"

Qurban Qurbanov: "Frayburq"un bütün futbolçularının adını əzbər bilirəm"

Futbol
Avropa Liqası: "Qarabağ" Fransada "Nant" klubuna uduzub

Avropa Liqası: "Qarabağ" Fransada "Nant" klubuna uduzub

Futbol
UEFA Ukrayna millisinin baş məşqçisini cərimələyib

UEFA Ukrayna millisinin baş məşqçisini cərimələyib