A Seriyası klubu baş məşqçisi ilə müqavilə yeniləyib – RƏSMİ

A Seriyası klubu baş məşqçisi ilə müqavilə yeniləyib – RƏSMİ

İtaliya A Seriyası təmsilçilərindən “Bolonya” baş məşqçisi Vinçenzo İtaliano ilə müqaviləni yeniləyib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda 47 yaşlı mütəxəssislə 2027-ci ilə qədər qüvvədə olacaq yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, “Bolonya” Vinçenzo İtalianonun rəhbərliyi altında 51 il sonra İtaliya Kubokunun qalibi olub.