Super Liqaya yüksələn son komanda bəlli olub
Türkiyə Super Liqasına yüksələn son komanda bəlli olub.
Apasport.az xəbər verir ki, “Fatih Karagümrük” 1 il aradan sonra yüksək liqaya vəsiqə qazanıb.
Komanda pley-off matçında “Bandırmaspor”u 3:1 hesabı ilə məğlub edərək buna nail olub.
Qeyd edək ki, “Kocaelispor” və “Gənclərbirliyi” Super Liqaya birbaşa vəsiqə qazanıb.

https://qalaba.az//uploads/photo/super-liqaya-yukselen-son-komanda-belli-olub.webp