"Yunayted" Eriksenlə yollarını ayırıb
Premyer Liqa təmsilçilərindən "Mançester Yunayted" Kristian Eriksenlə yollarını ayırıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə 33 yaşlı mərkəz müdafiəçisi sosial media hesabında paylaşım edib.
Danimarkalı 2022-ci ilin iyul ayından İngiltərə nəhənginin formasını geyinirdi.
O, bu mövsüm "Yunayted"in heyətində 35 oyuna çıxıb, 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qalaba.az//uploads/photo/quotyunaytedquot-eriksenle-yollarini-ayirib.webp