Stolüstü tennisçimiz İsveçə yollanıb
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının dünyanın ən istedadlı idmançıları üçün təşkil etdiyi təlim-məşq toplanışına qatılacaq.
Apasport.az xəbər verir ki, Quluzadə bu məqsədlə yığmanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə İsveçin Halmstad şəhərinə yollanıb.
"Rising Stars Camp" adlanan toplanış iyunun 1-dən 5-dək davam edəcək.
Onur bundan sonra Helsinqborq və Norveçin Sandefjord şəhərində keçiriləcək "WTT Youth Contender" turnirlərində mübarizə aparacaq.

https://qalaba.az//uploads/photo/stolustu-tennischimiz-isveche-yollanib.webp