Rəcəb Fərəczadə: “Azərbaycanın minifutbol yığması dünya çempionatına yaxşı səviyyədə hazırlaşmışdı”

Rəcəb Fərəczadə: “Azərbaycanın minifutbol yığması dünya çempionatına yaxşı səviyyədə hazırlaşmışdı”

Azərbaycanın yığması Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatına istər fiziki, istərsə də taktiki-texniki cəhətdən yaxşı səviyyədə hazırlaşmışdı.

Bunu “QELEBE.AZ”a Azərbaycanın minifutbol üzrə U-23 yığmasının baş məşqçisi Rəcəb Fərəczadə deyib.

O, Elşad Quliyevin rəhbərlik etdiyi millinin çox güclü olduğunu bildirib:

“Azərbaycan yığması çox güclüdür, dünya çempionatına da yaxşı hazırlaşmışdılar. Hətta mart ayında ölkə çempionatını bitirdik ki, millinin lazımi səviyyədə hazırlıq keçməsinə şərait yaradaq. Elşad Quliyev komandasını istər fiziki, istərsə də taktiki-texniki cəhətdən yaxşı səviyyədə hazırlaşdırmışdı. Oyunçularımız fərdi şəkildə, birəbir mübarizələrdə çox güclüdür. Həmçinin digər komandalardan fərqli, klasları yüksəkdir. Bu kənardan da aşkar görünürdü. Rəqiblərdən Mavritaniya fiziki cəhətdən yaxşı oynayırdı, fərdi keyfiyyətləri də nisbətən yüksək idi. Qalan komponentlərdə komandamız bütün rəqiblərini üstələdi. Rumıniya və İngiltərə ilə oyunlar çətin oldu. Düzdür, bu oyunlarda da Azərbaycan yığması favorit idi. Sadəcə, rəqiblər qapanmışdılar deyə qol vura bilmirdik. Bir də müəyyən mənada şansımız da gətirdi. Ümumilikdə Azərbaycan yığması hər birindən üstün oynadı”.

R.Fərəczadə mundialda favorit göstərilən bəzi komandaların gözləntiləri doğrultmadığını da vurğulayıb:

“Serbiya, Rumıniya, Qazaxıstan, Çexiya yığmaları bütün mundiallarda çox yaxşı təsir bağışlayırdı. Yəqin ki, nəsil dəyişiklyi olub, ya nədirsə, bu dəfə istənilən səviyyədə oynamadılar. Favorit göstərilən komandalardan nə Rumıniyanın, nə də Serbiyanın oyunu qaneedici idi. Portuqaliyadan nəsə gözləyrdim, çünki futzala oxşar oyun göstərirdilər. Ancaq göründü ki, o qədər də yüksək səviyyədə deyillər”.

Qeyd edək ki, Azərbaycan yığması minifutbol üzrə dünya çempionatının finalında Macarıstanı 4:2 hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb.

Futbol
Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol
La Liqa matçları bir dəqiqəlik sükutla başlayacaq

La Liqa matçları bir dəqiqəlik sükutla başlayacaq

Futbol
Azərbaycan Kuboku: "Turan Tovuz" səfərdə "Kəpəz"i məğlub edib

Azərbaycan Kuboku: "Turan Tovuz" səfərdə "Kəpəz"i məğlub edib

Futbol
Qurban Qurbanov: "Nant" qrupun ən təhlükəli komandasıdır"

Qurban Qurbanov: "Nant" qrupun ən təhlükəli komandasıdır"

Futbol
"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

Futbol
AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

Futbol
"Neftçi"nin daha bir legioneri zədələnib

"Neftçi"nin daha bir legioneri zədələnib

Futbol
“Sabah” və “Şamaxı”nın futbolçuları iki oyunluq cəzalandırılıblar

“Sabah” və “Şamaxı”nın futbolçuları iki oyunluq cəzalandırılıblar

Futbol
"Nant" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Nant" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Futbol
"Qarabağ" "Real Madrid"lə eyni siyahıda yer alıb

"Qarabağ" "Real Madrid"lə eyni siyahıda yer alıb

Futbol
"Olimpiakos" yeni baş məşqçisini təqdim edib

"Olimpiakos" yeni baş məşqçisini təqdim edib