Voleybol millimiz Slovakiyaya yollanıb

Voleybol millimiz Slovakiyaya yollanıb

Qızıl Avropa Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyunlar üçün Slovakiyaya yola düşüb.

QELEBE.AZ xəbər verir ki, qarşılaşmalar 6-8 iyunda paytaxt Bratislavada keçiriləcək.

Rəqiblər Slovakiya və Monteneqro komandaları olacaq.