“Milan”ın qolkiperi İngiltərə yolunda - 11-ci olacaq
“Milan”ın qapıçısı Mayk Menyan karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, qolkiper “Çelsi”nin diqqət mərkəzinə düşüb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, “zadəganlar” A Seriyası təmsilçisi ilə hələ də razılaşmaya gələ bilməyən 29 yaşlı oyunçunu transfer etmək niyyətindədir.
Qeyd edək ki, bu keçid reallaşarsa, “Çelsi”nin heyətində 11 qolkiper yer alacaq.

https://qalaba.az//uploads/photo/milanin-qolkiperi-ingiltere-yolunda-11-ci-olacaq.webp