"Turan Tovuz" klubu bəyanat yayıb: "Rəhbərlik baş məşqçiyə tam dəstəyini nümayiş etdirir"

"Turan Tovuz" klubu bəyanat yayıb: "Rəhbərlik baş məşqçiyə tam dəstəyini nümayiş etdirir"

"Turan Tovuz" Futbol Klubu bəyanat yayıb.

"QELEBE.AZ" bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Kurban Berdıyevin hazırda Azərbaycanda olduğu bildirilib.

Son günlər klub haqqında həqiqətə uyğun olmayan əsassız xəbərlərin yayımlandığı vurğulanıb:

"Mövsümün başa çatmasına baxmayaraq baş məşqçimiz Kurban Berdıyev ölkəmizi tərk etməyib və növbəti mövsümün hazırlıq planlarını həyata keçirmək, daha güclü heyət formalaşdırmaq üçün mütəmadi olaraq klub rəhbərliyi ilə fikir mübadiləsi aparır. Qeyd etmək istəyirik ki, baş məşqçimizlə müqaviləmiz davam edir və klub rəhbərliyi daha iddialı komanda formalaşdırmaq üçün Kurban Berdıyevə tam dəstəyini nümayiş etdirir. Azarkeşlərimizi və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırırıq. Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar rəsmi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanacaq".

Qeyd edək ki, "Turan Tovuz" başa çatan mövsümdə Misli Premyer Liqasını 55 xalla dördüncü pillədə başa vurub.

Futbol
“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

Futbol
Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Futbol
Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Futbol
İqor Ponomaryovun Olimpiya çempionu kimi aldığı mükafat açıqlanıb

İqor Ponomaryovun Olimpiya çempionu kimi aldığı mükafat açıqlanıb

Futbol
Mahir Emreli “Dinamo Zaqreb”in heyətində dubl edib

Mahir Emreli “Dinamo Zaqreb”in heyətində dubl edib

Futbol
"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

Futbol
DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

Futbol
UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

Futbol
AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur

AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur

Futbol
Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Futbol
Dünya çempionatında I turun yekununda Brazilya Serbiyanı məğlub edib

Dünya çempionatında I turun yekununda Brazilya Serbiyanı məğlub edib

Futbol
Premyer Liqa: Mövsümün ilk yarısının ən intizamlı və intizamsız komandaları bəlli olub

Premyer Liqa: Mövsümün ilk yarısının ən intizamlı və intizamsız komandaları bəlli olub