"Barselona"nın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçə bilər
İspaniyanın "Barselona" klubunun futbolçusu Andreas Kristensen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
"QELEBE.AZ" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Əl-Nəsr" 29 yaşlı müdafiəçi ilə maraqlanır.
Ərəblər danimarkalı oyunçunun maaşını iki dəfədən çox artırmaq niyyətindədir. Kataloniya təmsilçisi də onu buraxmağa hazırdır.
Qeyd edək ki, Kristensen 2024/2025 mövsümünün böyük hissəsində zədə səbəbindən meydana çıxa bilməyib. O, bütün turnirlərdə "Barselona" forması ilə cəmi altı matçda iştirak edib.

https://qalaba.az//uploads/photo/barselonanin-futbolchusu-seudiyye-erebistani-klubuna-keche-biler.webp











