Azərbaycan millisinin sabiq futbolçusu: "Özünə inamı qaytarmaq üçün komandaya bir qələbə lazımdır"

Azərbaycan millisinin sabiq futbolçusu: "Özünə inamı qaytarmaq üçün komandaya bir qələbə lazımdır"

Futbol üzrə Azərbaycan millisinə özünə inamı qaytarmaq üçün bir qələbə lazımdır.

Bunu “Report”a açıqlamasında millinin sabiq yarımmüdafiəçisi Rəşad Abdullayev deyib.

“Hər iki oyunu izlədim. Onu deyə bilərəm ki, Latviya bizə uyğun rəqib idi. Səfərdə oynamağımıza baxmayaraq, yenə də qələbə qazana bilmədik. Macarıstan isə güclü, təcrübəli kollektivdir. Evdə oynadığımız üçün qələbə görmək istəyərdik. Baxmayaraq ki, rəsmi görüş deyildi. Yəqin ki, məşqçilər bu oyunlarda daha çox komandanın güclü və zəif tərəflərinə baxmaq istəyirdilər”, - deyə 43 yaşlı mütəxəssis bildirib.

O, komandanın əzmkarlıq göstərməsinin vacibliyini vurğulayıb:

“Macarıstanla oyunda bir az yorğunluq hiss olunurdu. Oyunçular istəkli görünürdülər. Özünə inamı qaytarmaq üçün komandaya bir qələbə lazımdır. Taktiki planla bağlı bir söz deyə bilmirəm, bu, məşqçilərə aiddir. Ancaq istərdik ki, komanda əzmini göstərsin. Bir azərbaycanlı kimi istərdik ki, millimiz həmişə bizi qələbələrlə sevindirsin. Ümid edirik ki, rəsmi oyunlarda komandadan yaxşı nəticələr görəcəyik”.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi Azərbaycan millisi ötən gün Bakıda Macarıstan seçməsinə 1:2 hesabı ilə məğlub olub. İyunun 7-də Latviya ilə baş tutan oyun isə qolsuz bərabərliklə nəticələnib.

Futbol
"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

Futbol
İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər

İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər

Futbol
Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Futbol
"Neftçi" məhsuldar oyunlar sayında 200-ə çatıb

"Neftçi" məhsuldar oyunlar sayında 200-ə çatıb

Futbol
Azərbaycan çempionu 6 yeni futbolçu transfer edib

Azərbaycan çempionu 6 yeni futbolçu transfer edib

Futbol
Kulinariya günündə PFL-dən sorğu: Legionerlər hansı yeməkləri sevir?

Kulinariya günündə PFL-dən sorğu: Legionerlər hansı yeməkləri sevir?

Futbol
Çempionlar Liqasının oyunu sükutla başlayacaq

Çempionlar Liqasının oyunu sükutla başlayacaq

Futbol
Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Futbol
“Sumqayıt” klubu futbol akademiyası ilə bağlı yeniliklər etməyə hazırlaşır

“Sumqayıt” klubu futbol akademiyası ilə bağlı yeniliklər etməyə hazırlaşır

Futbol
Şota Arveladze istefaya göndərilib

Şota Arveladze istefaya göndərilib

Futbol
AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

Futbol
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib