“Yuventus”un hücumçusu PSJ yolunda

“Yuventus”un hücumçusu PSJ yolunda

“Yuventus”un hücumçusu Duşan Vlahoviç Fransa çempionatına keçə bilər.

Apasport.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

25 yaşlı forvarda PSJ maraq göstərir. Liqa 1-in çempionu onu hazırkı transfer pəncərəsində heyətinə qatmağa çalışa bilər.

Vlahoviçin dəyəri təxminən 45 milyon avro olaraq qiymətləndirilir. O, son mövsümdə “Yuventus”un heyətində 41 oyunda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə verib.