Azərbaycan millisinin sabiq oyunçusu: “Lipa”lara görə futboldan uzaqlaşmaq qərarına gəldim”

Azərbaycan millisinin sabiq oyunçusu: “Lipa”lara görə futboldan uzaqlaşmaq qərarına gəldim”

“Uşaq vaxtı futbol məşqlərinə gedirdim. Lakin “lipa”lara (süni yaşazaltma) görə futboldan uzaqlaşmaq qərarına gəldim. Sanki iyrəndirmişdilər”.

“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futzalçısı Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsi zamanı deyib.

“Korifeylərimiz” rubrikasının qonağı olan Borisov yeniyetmə yaşlarında özündən böyüklərə qarşı çıxış etdiyi üçün bir müddət futboldan uzaqlaşdığını bildirib: “Təsəvvür edin, 14 yaşın var və meydana çıxanda görürsən ki, rəqibin heyətində sənəd üzərində sənin yaşıdın olan, amma bığlı-saqqallı kişilər yer alıb. Ən azı 3-4 yaş “lipa”larla qarşılaşmalı olurdun. Əlbəttə, fiziki baxımdan həmin yaşda onlarla mübarizə aparmaq mümkün deyildi. Sizə 1996-97-ci illərdən danışıram. Baxdım ki, vəziyyət düzələnə oxşamır, hansı yarışa gedirsən, turnirə qatılırsan, eyni mənzərədir. Buna görə də futboldan ayrıldım və dərslərimə diqqəti artırdım, ali təhsil almağı qətiləşdirdim”.

40 yaşlı mütəxəssis sonradan futzala keçid etməsinin səbəbini də izah edib: “Universitetə qəbul olana qədər məhəlləmizdə yaşıdlarımız komanda yaratmışdı və məni də ora dəvət etmişdilər. Həvəskarlar Liqasında başımızı qatırdıq. Orada oynaya-oynaya müdafiəçi Xəyyam Bəkirovla tanış oldum. O, həm də “Metropoliten”in məşqçisi idi. Onun vasitəsilə həmin komandaya keçdim. Bu kollektiv də Həvəskarlar Liqasında və müxtəlif turnirlərdə iştirak edirdi. Komanda yoldaşlarımdan Zaur Ramazanov, Baba Əsgərov (Babaş), Məmmədqulu Zeynalovun (Mamed) adını çəkə bilərəm ki, futzala gəlişim də onların sayəsində oldu. Babaşla Mamed sanki məni darta-darta futzala – “Anqlo Oil”ə apardılar. Baş məşqçi Elçin Rəhimov idi, oyunumu bəyəndi, qaldım və müqavilə imzaladım. Daha sonra komandanın adı dəyişdi, “Tribut” oldu. Ondan sonra futzalçı oldum”.

Futbol
Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Futbol
"Qalatasaray" 3 xalı darmadağınla qazanıb

"Qalatasaray" 3 xalı darmadağınla qazanıb

Futbol
"Şamaxı" futbolçusu ilə yollarını ayırıb

"Şamaxı" futbolçusu ilə yollarını ayırıb

Futbol
PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub

PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub

Futbol
Türkiyə klubu 42 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq

Türkiyə klubu 42 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq

Futbol
Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Futbol
Qurban Qurbanov: "Olimpiakos" bu matça son şans kimi baxır"

Qurban Qurbanov: "Olimpiakos" bu matça son şans kimi baxır"

Futbol
DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

Futbol
"Milan"ın futbolçusunun evi qarət olunub

"Milan"ın futbolçusunun evi qarət olunub

Futbol
Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

Qurban Qurbanov: "Uğursuz seriya haqqında düşünmürük

Futbol
Messi və Ronaldo ilə görüş üçün biletə 2,66 milyon dollar təklif olunub

Messi və Ronaldo ilə görüş üçün biletə 2,66 milyon dollar təklif olunub

Futbol
Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”

Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”